T-72 M tankları 4 min metrə qədər məsafədə hədəfi vurur.
Təlimlərdə, həmçinin Azərbaycanda istehsal olunan müxtəlif növ iriçaplı silahlardan da istifadə olunub.
Azərbaycan Müdafiə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri və mətbuat nümayəndələri Beyləqanda yerləşən hərbi hissədə olublar.
Nümayəndə heyəti cəbhə xəttinin maketi ilə tanış olub. Nümayəndə heyətinə ordumuzun yerləşdiyi mövqelər barədə məlumat verilib. Hərbi hissədə Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı təlimlərin video çarxına baxılıb.
Hərbi hissələrdə yerləşən artilleriya hazırlığı sinifinə baxış keçirilib və burada olan ən son texnika haqqında nümayəndə heyətinə məlumat verilib. Sonra nümayəndə heyəti hərbi hissədə olan əsgər yataqxanasına baxıb.