"Azərbaycan cəmiyyəti müxalifətin razılaşdırılmamış aksiya cəhdinə dəstək verməyəcək"
Bütün Xəbərlər
07:58 15.06.2011
1293
Ola bilsin ki, müxalifətin radikal qanadını ölkədəki ictimai-siyasi sabitliyi pozmağa sövq edən qüvvələr mövcuddur. Belə bir fikri səsləndirmək üçün əsaslar da var. Yayın bu qızmar vaxtında mitinq keçirməyə cəhdlər göstərilməsi tamamilə başqa niyyətlərdən xəbər verir”. APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov İctimai Palatanın iyunun 19-na təyin etdiyi aksiyaya münasibət bildirərkən deyib. O bildirib ki, müxalifət tərəfindən ölkənin ictimai-siyasi sabitliyini pozmaq istiqamətində cəhdlər ilk növbədə Azərbaycan cəmiyyəti tərəfindən kəskin tənqid edilir: “Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik mövcuddur, ölkə vətəndaşlarının hər biri bu sabitliyin faydasını görür. İnanıram ki, Azərbaycan cəmiyyəti müxalifətin razılaşdırılmamış aksiya cəhdinə dəstək verməyəcək. Onların bu cəhdi də iflasa uğrayacaq”.