Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsində kadr dəyişikliyi olub. Bu barədə Baş Mühafizə İdarəsindən bildirilib.
Baş Mühafizə İdarəsinin Həyati Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polis polkovniki Tapdıq Osmanov işdən çıxarılıb. Onun təqaüdə göndərildiyi bildirilir. Xaçmaz Rayon Mühafizə İdarəsinin rəisi, polis mayoru İmran Mahmudov həmin alayın komandiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Yaşar Əliyev bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.