Azərbaycan Daxili Qoşunların əsgəri vəfat edib

Bütün Xəbərlər
08:22 25.12.2010
2279

Beyləqan Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1988-ci il təvəllüdlü Anar Çərkəz oğlu Balakişiyevin vəziyyəti qəfildən pisləşib və Şirvan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. A. Balakişiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Şirvan Mərkəzi Rayon Xəstəxanasından faktı təsdiqləyiblər. Bildirilib ki, əsgər A. Balakişiyev bu gün səhər saat 06.00 radələrində xəstəxanaya gətirilib. Əsgər xəstəxanaya çatmamış yolda dünyasını dəyişib. Onun ölümünün səbəbləri hələlik məlum deyil./// APA

OXŞAR XƏBƏRLƏR