Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Ermənistan bu yarışmada iştirak etməməklə bağlı qərara gələrsə, bu, onların öz işləridir.
Xatırladaq ki, Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) “Running Scared” mahnısı ilə "Eurovision 2011” müsabiqəsinin qalibi olub.