Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub

Bütün Xəbərlər
23:21 19.11.2010
2171

Bu gün cəbhənin Ağcabədi rayon istiqamətində erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu gizir İbrahimov İbrahim Sabir oğlu aldığı güllə yarasından şəhid olub. Onun snayperdən atılan atəş nəticəsində şəhid olduğu bildirilir. 

ANS-in Qarabağ bürosu xəbər verir ki, gizir Xocavənd rayonunu işğal altındakı Qarakənd yaşayış məntəqsindən açılan atəş nəticəsində şəhid olub. 

Qeyd edək ki, gizir İbrahim İbrahimov Oğuz rayon hərbi komissarlığından hərbi xidmətə çağrılıb.

 

OXŞAR XƏBƏRLƏR