Azərbaycan paytaxtında yeni tikiləcək metro stansiyalarının adları müəyyənləşib

MARAQLI
05:45 24.05.2011
2446

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yeni tikiləcək metro stansiyası «Avtovağzal», Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yeni tikiləcək metro stansiyası «Dərnəgül» adlandırılıb.

Bakı şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteninə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

OXŞAR XƏBƏRLƏR