* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də onun üçün ayrılmış iqamətgahda İtaliyanın “Edison” Şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Edison” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də onun üçün ayrılmış iqamətgahda neft-qaz və neft-kimya sənayesi üçün mühəndis və texnoloji avadanlıq istehsal edən Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Technip-İtaly şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
---------
00:07
İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün paytaxt Romaya gəlmişdir.
AzərTac