Azərbaycan prezidenti Rusiya prezidentinə başsağlığı verib

Bütün Xəbərlər
22:46 24.01.2011
1720

Prezident “Domodedovo” aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı haqqında xəbərin onu dərindən sarsıtdığını qeyd edib: 

“Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram”.

OXŞAR XƏBƏRLƏR