Azərbaycan prezidentinə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub

Bütün Xəbərlər
18:13 29.12.2010
1751


APA-nın xəbərinə görə, mərasimə prezident İlham Əliyevlə yanaşı, xanımı Mehriban Əliyeva, həmçinin dövlət və hökumət nümayəndələri, ictimaiyyət təmsilçiləri qatılıblar.

Mükafatı Azərbaycan prezidentinə Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim edib. Tədbirdə çıxış edən prezident İlham Əliyev bildirib ki, jurnalistlərin dostu olmaq onun üçün şərəfdir: “Jurnalistlərin çətin və ağır fəaliyyətini, Mətbuat Şurasının fəaliyyətini müsbət qiymətləndirirəm. Jurnalistlərin məişət, mənzil problemi var. Bu il mənzil tikintisi ilə bağlı imzaladığım sərəncam jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ilk addımdır. Bu addımın davamı da olacaq. Mənzillərin bölüşdürülməsində ədalət prinsipi qorunmalı, ayrı-seçkiliyə yol verilməməlidir. Azərbaycan jurnalistikasının inkişafı üçün əlimdən gələni edəcəyəm”.

Prezident qeyd edib ki, artıq Azərbaycanda müstəqil mətbuat var və bu sahədə əsaslı dönüş 1998-ci ildə Heydər Əliyev tərəfindən senzuranın ləğvi ilə baş verib: “Mən ədalətli tənqidin tərəfdarıyam. Böhtan və təhqir halları yolverilməzdir. Sevindirici haldır ki, belə hallar getdikcə azalır”.

Sonda Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatları jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Həmçinin bir qrup media rəhbərinə “Azercell” şirkəti tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, dekabrın 1-dən 20-nə kimi “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib.
Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Mükafatın əsasnaməsinə uyğun olaraq gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-ə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub. Respondentlərdən “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” sualını cavablandırmaq xahiş olunub.
Sorğuda iştirak edənlərin 81 faizi Azərbaycan prezidenti İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına ən layiqli namizəd hesab ediblər. 

Mükafatın əsasnaməsinə görə, KİV-in inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan şəxslər mükafatın laureatı ola bilərlər.

“RUH” AJMK-nın “Jurnalistlərin dostu” mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-ə qayğı ənənələrini stimullaşdırmaqdır.

1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə Heydər Əliyevə təqdim olunub

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI