Azərbaycan qonşu dövlətləri qabaqlayıb

Bütün Xəbərlər
21:13 23.11.2010
1974

Bu gün BMT-nin İrəvan nümayəndəliyində “Bəşəriyyətin inkişafı -2010” adlı hesabatın təqdimat mərasimi keçirilib. Hesabatın məqsədi son 40 il kəsiyində insan inkişafının əsas əmsallarının qiymətləndirilməsidir. Hesabata görə, 67-ci yeri tutan Azərbaycan İranı 3, Türkiyəni 16, Gürcüstanı 7, Ermənistanı isə 9 pillə qabaqlayır. 

Ümumilikdə insan inkişafının bütün parametrlərinə görə Azərbaycan Ermənistanı üstələyir. Azərbaycanda adam başına düşən ÜDM 8747 dollardısa, Ermənistanda bu rəqəm cəmi 5495 dollardır.

OXŞAR XƏBƏRLƏR