Azərbaycan Qvineyanı məğlub etdi

Azərbaycan Qvineyanı məğlub etdi
İDMAN
06:53 25.03.2011
2200
Bernard Lippertin yetirmələri Qvineya yığması ilə görüşdə qüvvəsini sınayıb. Marbelya İdman Mərkəzində keçirilən qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. 62-ci dəqiqədə Tural İsgəndərov penalti zərbəsini dəqiq yerinə yetirib. Yığmamız hesabda önə keçdikdən təxminən 10 dəqiqə sonra afrikalı futbolçular 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Yığmamızın qapıçısı Osman Umarov penalti zərbəsini dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Azərbaycan U-21 – Qvineya U-21 oyunu www.affatv.az saytında test olaraq canlı yayımlanıb.

OXŞAR XƏBƏRLƏR