ASRP-nın mətbuat xidmətindən AZXEBER.COM portalına verilən məlumata görə, məktubda partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı ASRP adından və öz adından İordaniya xalqını təbrik edib.
Təbrik məktubunda deyilir: “. 1946-cı ildən bu günə nəzər yetirsək görərik ki, İordaniyanın siyasi, iqtisadi, mədəni, sosial sahələrdə olan dinamik inkişaf tempi getdikcə sürətlənir.
Azərbaycan və İordaniya arasında olan münasibətlər mərhum Kral I Hüseynin və Azərbaycan xalqının ümumilideri Heydər Əliyevin rəhbərliyi dövründə inkişaf etməyə başlamışdır. Hazırda, bu münasibətlər Kral II Abdullahın və Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə daha da möhkəmlənir.
Bildiyiniz kimi, hazırda Azərbaycan və İordaniya arasında 40-a yaxın hökumətlərarası və idarələrarası sazişi nəzərdə tutan müqavilə-hüquq bazası yaradılıb. Bununla yanaşı, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İordaniya hökumətlərarası komissiyası da, fəaliyyət göstərir. Bütün bunlar çox qısa zamanda əldə edilmiş tarixi uğurlardır.
Bir daha Sizi və xalqınızı Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından təbrik edir, dostluq və qardaşlıq münasibətlərimizin gələcək illərdə də, inkişaf etməsini arzulayıram”.