Azərbaycan Sosial Rifah Partiyası (ASRP) Gürcüstan xalqını təbrik etdi – MƏTN

Azərbaycan Sosial Rifah Partiyası (ASRP) Gürcüstan xalqını təbrik etdi – MƏTN
Bütün Xəbərlər
04:27 26.05.2011
1902

Məktubda Azərbaycan-Gürcüstan arasında olan dostluq və qardaşlıq münasibətlərinin inkişafından da, bəhs edilib. Məktubda deyilir:  “Gürcüstan və Azərbaycan əsrlər boyu qonşu yaşamış xalqlardır. Bizim çoxəsrlik tariximizdə parlaq dostluq, qardaşlıq səhifələri vardır. İndiyə qədər xalqlarımız arasında yaranmış dostluq əlaqələri bizdə daim iftixar hissi doğurur. Gürcü və Azərbaycan xalqları əsrin əvvəlində öz dövlət müstəqilliklərini əldə etmək arzusunda olmuşlar. Xalqlarımızın mübarizəsi öz nəticəsini vermişdir. 1918-ci ilin mayında xalqlarımız dövlət müstəqilliymizi elan edərək, ölkələrimizdə demokratik respublikalar qurmuşlar.

Ölkələrimiz uzun müddət öz dövlət müstəqilliklərini itirsələr də, 1991-ci ildə yenidən hər iki dövlət əbədi müstəqilliklərinə qovuşmuşlar. Bildiyiniz kimi, Azərbaycan 20-ci əsrin sonlarına yaxın Erməni terrorizminin təcavüzünə məruz qaldı. Artıq 20 ildir ki, Azərbaycan bu mübarizənin sülh yolu ilə həllinə çalışır. Təbii ki, bu mübarizədə Gürcüstanın Azərbaycanın həmişə yanında olması bizi sevindirir”.


OXŞAR XƏBƏRLƏR