Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) sədri Şahin İsmayılov AZXEBER.COM-a danışdı

GƏNCLİK
16:39 09.12.2010
3620

- Şahin müəllim, zəhmət olmasa Avropa Gənclər Kartı haqda məlumat verərdiz…

- Avropa Gənclər Kartı 1987-ci ildən Avropa ölkələrində istifadə olunur. 38 ölkədən 41 təşkilat bu kartın müəllif hüququna malikdir. Azərbaycanda 2 təşkilat bu karta üzvdür. Kart özündə 4 milyon insanı birləşdirir, 100 mindən çox obyekt bu karta qoşulub. Azərbaycanda isə artıq 200-dən çox obyekt qoşulub. Bu obyektlərdə gənclər endirimlərdən istifadə edə bilərlər. Bu kartlar kitab mağazalarından tutmuş, müxtəlif ərzaq, məişət avadanlıqları satılan yerlərdə tətbiq olunur. Endirimlər 5%-dən 50%-ə qədər dəyişir.

- Bu karta necə sahib olmaq olar?

 

- Bu karta şagirdlər və bizim ittifaqa üzv olan tələbələr 10 manata, digər gənclər isə 15 manata sahib ola bilərlər. Müəlliflik hüququmuz olduğundan bizdə qiymətlər daha ucuzdur.

 

- Bundan sonra məktəb və universitetlərə bu yöndə nə kimi tədbirlər keçirməyi planlaşdırırsız?

 

- Biz məktəblərlə də əməkdaşlıq edirik amma əsas hədəfimiz universitetlərdir. Universitet tələbələrinin müxtəlif problemlərinin həllinə yönələn aksiyalar həyata keçiririk. Məsələn, bu kartın gətirilməsində biz bir sıra məqsədləri qarşımıza qoymuşduq və demək olar ki, ona nail olduq.  Bu kart gənclərin inteqrasiya prosesini sürətləndirir və bu bir çox problemlərin aradan qalxmasına müəyyən köməklik göstərir. Bizim əhatəmiz müxtəlifdir. Bizdə istər əyləncəli tədbirlər, istər elmi konfranslar, istərsə də sosial problemlərin həllinə dair tədbirlər olur.

 

- Tələbələr universitetdə olan problemlərlə bağlı sizə müraciət ediblərmi və siz bu yöndə onlara nə kimi köməklik etmisiniz?

 

- Belə hallar olub və bacardığımız qədər köməklik göstərməyə çalışmışıq. Rektorlar sağ olsunlar ki, belə məsələlərə loyal yanaşırlar və bu yöndə tələbələrə köməklik göstərirlər.

 

- Universitetlərdə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının fəaliyyəti sizi qane edirmi?

- Desəm ki, qane edir təbii ki, yanılmışam olaram. Çox yaxşı işləyən təşkilatlarımız var eyni zamanda zəif təşkilatlar da az deyil. Bu zəifliyi müəyyən səbəblərlə izah etmək olar. Bəziləri obyektiv səbəblərdən, bəziləri isə subyektiv səbəblərdəndir.

- Ən yaxşı fəaliyyət göstərən hansı universitetin tələbə gənclər təşkilatıdır?

- Dekabr ayında bizim ittifaqın 1 yaşı tamam olacaq, biz bunu həmin tədbirdə açıqlayacağıq. Orada ən aktiv, ən yaxşı fəaliyyət göstərən 5 TGT-ni mükafatlandıracağıq. Bunu bu gün desəm sürprizimiz pozular.                                                                                                                                                                                                               

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb