Azərbaycan və Belarus arasında təhlükəsizlik məsələləri müzakirə olunub

Bütün Xəbərlər
18:40 03.05.2011
1441

Trend-in MTN-in İctimai əlaqələr mərkəzinə istinadən verdiyi məlumata görə, nazir Eldar Mahmudov Vadim Zaytsevin Azərbaycana səfərinin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirib.

Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi apa¬rılıb, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunub.

Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbay¬canın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar barədə qonağa ətraflı məlumat verib.

Vadim Zaytsev Belarus və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilmiş görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəm¬lən¬məsi üçün faydalı olaca¬ğına əminliyini qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR