Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Bütün Xəbərlər
09:56 28.04.2011
1404
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

OXŞAR XƏBƏRLƏR