“Dəyirman” qrupunun solisti, repçi Miri Yusif ata olub. Bu gün səhər saatlarında repçi və həyat yoldaşı Nərgiz Mirbabayevanın qızı dünyaya gəlib. Adel adı verilən körpə və anası hal-hazırda özlərini yaxşı hiss edir. Repçi qızının dünyaya gəlişini həyatının yeni səhifəsi hesab edir.
Məlumat üçün bildirək ki, 2008-ci ildə ailə həyatı quran Miri Yusifin 1 oğlu var. //milli.az