“Belə əlaqələr iki xalq arasında daha mehriban, daha sıx qonşuluq, daha yaxşı münasibətlərin yaranmasına, mədəniyyət, elm təhsil, idman sahəsində təmaslara daha geniş imkanlar yaradır”, - deyə səfir vurğulayıb.
O, Moskvada Azərbaycanın da belə mərkəzinin yaradılması barədə qərarın olduğunu deyib: “Lakin Moskvanın mərkəzində bina əldə etmək bir az çətin məsələdir. Bununla belə, bu istiqamətdə iş davam etdirilir”.
“Ermənistanın Rusiyadakı səfiri ilə xalq diplomatiyasını davam etdirirsinizmi, ziyalıların Dağlıq Qarabağa növbəti səfəri olacaqmı” sualını cavablandıran P. Bülbüloğlu səylərin davam etdirildiyini vurğulayıb: “Bu istiqamətdə iş gedir, lakin nəticələrini indidən demək çətindir”.