Azərbaycana məxsus orbital mövqelər müəyyən edilib və təsdiqlənib.

Bütün Xəbərlər
12:24 29.12.2010
2232

Nazirin sözlərinə görə, «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» prezident sərəncamı və Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə peyk texnologiyalarının istehsalı və tətbiqi üçün geniş imkanlar açıb: «Nəzərə alsaq ki, peykin orbitə çıxarılması üçün zəruri olan şərtlərdən biri orbital mövqenin əldə olunmasıdır və SSRİ dağılarkən, yurisdiksiyasında olan orbital mövqelərin onun hüquqi varisi olan Rusiyaya keçməsi səbəbindən digər MDB ölkələri kimi Azərbaycan da özünün orbital mövqeyinə malik deyildir. Buna görə də, Azərbaycan orbital mövqenin əldə edilməsi məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə danışıqlar aparmaqla paralel, peykin orbitə çıxarılması üçün region ölkələrinin etdiyi cəhdlərin üstələnməsi üçün peykin yerləşəcəyi orbital mövqenin əldə olunması üzrə səylərini artırıb».

Ə.Abbasov qeyd edib ki, mövcud bazar şəraitində Malayziya hökumətinə məxsus və «Measat» şirkəti tərəfindən birgə istifadə üçün təklif olunan 460Ş orbital mövqedən istifadənin kommersiya baxımından daha cəlbedici olduğu məqbul hesab edilib və cari ilin may ayında birgə istifadə barədə müqavilə bağlanıb: «BTİ ilə aparılan danışıqların nəticəsi olaraq, Azərbaycana məxsus orbital mövqelər müəyyən edilib və təsdiqlənib. Demək olar ki, növbəti peyklərimiz Azərbaycanın özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək».

Nazir həmçinin bildirib ki, artıq peykin orbitə çıxarılması tədbirləri çərçivəsində peykin istehsalı və orbitə çıxarılması üzrə müvafiq olaraq «Orbital» və «Arianespace» şirkətləri ilə müqavilə imzalanıb və Azərbaycanın ilk telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur.

«Azərbaycan peykinin tutumlarının kommersiya məqsədilə digər ölkələrə satışı ilə yanaşı, ölkənin bütün ərazisində keyfiyyətli yayımın təmin edilməsi, simli rabitənin mümkün olmadığı yerlərdə peyk vasitəsilə internet, VPN və bu kimi sürətli IP xidmətlərindən istifadə edilməsi mümkün olacaqdır ki, telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında süni peykə malik Rusiyadan sonra ikinci ölkə olacaq və regionda bu sahədə öz liderliyini daha da gücləndirəcək», - deyə Ə.Abbasov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI