Azərbaycana siqaret qadağası gəlir

Azərbaycana siqaret qadağası gəlir
MARAQLI
23:07 10.01.2011
2495

Bu barədə APA-ya qanun layihəsinin müəlliflərindən olan parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Qanun layihəsinin 3 il əvvəl hazırlandığını və ictimai müzakirəsinin aparıldığını deyən M. Quliyevin sözlərinə görə, Azərbaycan 2005-ci ildə Tütün istehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub. Layihə hazırlanarkən, eləcə də ötən dövrdə bəzi yeniliklərin daxil edilməsi zamanı bir sıra ölkələrin, xüsusilə də bu sahədə qanunvericiliyin ən effektiv təmin olunduğu Türkiyənin təcrübəsi öyrənilib: “Ötən ilin dekabr ayının sonlarında Türkiyəyə səfər edərək bu ölkənin mövcud qanunvericiliyini yaxından öyrəndik. Qanunvericiliyin tətbiqi, cərimələr və icra ilə bağlı müvafiq qurumlarda görüşlərimiz oldu. Artıq bizə bu qanunun Azərbaycanda qəbulu, tətbiqi və icrası ilə bağlı ümumi vəziyyət aydınlaşıb”.

Qanun layihəsi yanvarın sonlarında Milli Məclisin üzvləri, müvafiq hökumət strukturları və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunacaq. “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanunda siqaret çəkməyin tam məhdudlaşdırılmasına dair konkret müddəa olmadığını söyləyən M. Quliyev sənəddə əksini tapacaq bəzi məqamları da açıqlayıb. Millət vəkilinin sözlərinə görə, qanun qapalı yerlərdə, təhsil və səhiyyə müəssisələrində, təhsil müəssisələrinin (bağçalar, orta və ali məktəblər və s.) ətrafında, ictimai iaşə obyektlərində, vağzallarda, hava limanlarında, restoranlarda, iş yerlərində siqaret çəkilməsini qadağan edir. Qanun layihəsində “qapalı yer” anlayışının da izahı verilib: “Əvvəlki layihədə iş yerlərində və mehmanxanalarda siqaret çəkilməsi üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulurdu. Biz layihədə bu müddəanı çıxardıq. Yəni iş yerlərində siqaret çəkilməsi üçün ayrıca yerlər olmayacaq. Mehmanxanalarda isə siqaret çəkənlər onlar üçün nəzərdə tutulan xüsusi otaqlarda yerləşdiriləcəklər”.

Qanunun qəbulundan sonra qanunu pozanlara qarşı tətbiq olunacaq cərimələrə gəlincə, M. Quliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələrin ediləcəyini vurğulayıb. Artıq cərimələrlə bağlı ilkin təkliflər də var. Belə ki, əvvəllər cərimələr fiziki şəxslər üçün 50 manat, hüquqi şəxslər üçün 200 manatdan 300 manatadək nəzərdə tutulsa da, hazırkı layihədə bunun daha da sərtləşdirilməsi təklif edilib. Yeni təklif qəbul olunarsa, qanunu pozan fiziki şəxslər 50 manatdan 100 manatadək, hüquqi şəxslər isə 500 manatdan 5000 manatadək cərimə ödəməli olacaqlar.

Azərbaycanın siqaretin ən ucuz qiymətə satıldığı ölkələrdən olduğunu xatırladan M. Quliyev siqaret istehlakının məhdudlaşdırılması üçün tütün və tütün məmulatlarına tətbiq olunan vergilərin artırılması üçün Vergi Məcəlləsinə dəyişikliklərin ediləcəyini də bildirib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
22:50 14.08.2026
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli