Tədbirdə çıxış edən İndoneziyanın müvəqqəti işlər vəkili Aqus Trimartono ölkəsinin Asiya qitəsində ən böyük iqtisadi ölkələrdən biri olduğunu deyib: “Azərbaycan isə Qafqazda ən böyük iqtisadiyyata malik ölkədir və çox böyük potensialı var”. O. xatırladıb ki, Azərbaycanın İndoneziyadakı səfirliyi 2005-ci ildə açılıb: “Bu gün isə İndoneziyanın Bakıda səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcək”.