Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 11% artıb

Bütün Xəbərlər
08:39 20.11.2010
2120


Dövlət Statistika Komitəsindən APA-ECONOMICSə verilən məlumata görə, artımın 59,6%-ni hüquqi şəxslərin müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin eyni dövrünün səviyyəsini 7,9% üstələyərək 2 908,5 mln. manata çatıb.

Hesabat dövründə xidmət müəssisələrində hər bir ölkə sakini hər ay orta hesabla 41,6 manatlıq və ya 5,4 manat və ya 14,9% çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 3,5 manatı (64,8%-i) hüquqi şəxs statuslu müəssisələr üzrə olub.

Son dövrlərdə olduğu kimi, 2010-cu ilin 9 ayında ölkənin bölgələrində xidmət sektoru dinamik inkişaf edib və əhaliyə göstərilən pullu xidmətin həcminə dair göstəricilər əvvəlki ilin müvafiq dövrünün göstəricilərini üstələyib. Belə ki, 2009-cu ilin eyni dövrü ilə müqayisədə pullu xidmətin həcmi Gəncə-Qazax iqtisadi rayonu üzrə 18,4%, Naxçıvan iqtisadi rayonu üzrə 17,3%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 11,2%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10,4%, Bakı şəhəri üzrə 9,8%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 9,5%, Aran iqtisadi rayonu üzrə 8,9%, Abşeron iqtisadi rayonu üzrə 8,8%, Lənkəran iqtisadi rayonu üzrə 8,7%, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 3,8% artıb.

 

OXŞAR XƏBƏRLƏR