Azərbaycanda bütün taksilər yenidən rənglənəcək

Azərbaycanda bütün taksilər yenidən rənglənəcək
MARAQLI
19:53 07.12.2010
2610

Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş bu standart ölkənin həm taksi, həm də avtobusla sərnişindaşıma bazarında köklü dəyişikliklərə səbəb olacaq.

Komitədən «APA»ya verilən məlumata görə, bu standart taksi və avtobuslara, yük avtomobillərinə, sərnişin stansiyası qurğularına – yəni avtovağzallara, avtostansiyalara, avtobus və taksi dayanacaqlarına aid olacaq. Daha dəqiq, adı çəkilən standart bu vasitələrdə fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatlarına aid əsas tələbləri müəyyənləşdirir.

Belə ki, standartda nəzərdə tutulan ən maraqlı tələblər taksi avtomobillərinə aiddir. Əvvəla, yeni standarta əsasən, bundan sonra taksi kimi işləmək istəyən bütün avtomobillər yenidən rənglənməlidir. Belə ki, Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, respublikanın hər şəhər və rayonundakı taksilərin xüsusi rəngi olacaq. Məsələn, Bakıda taksilər bənövşəyi rəngdə, Sumqayıtda ağ, Gəncədə boz olmalıdır. Digər şəhər və rayonlarda isə taksi avtomobilləri bej rəngli olacaq. Şəhərlərarası daşımalarda istifadə olunan taksilər isə albalı rəngdə olmalıdır.

Taksilərin xarici tərtibatında da bəzi dəyişikliklər olacaq. Əvvəla maşının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan çəkilməlidir (şahmat qara-sarı və qara-ağ olmalıdır). Bu nişan avtomobilin qarşısından - kapotun ortasından üfiqi istiqamətdə uzanaraq avtomobilin damını keçməklə yük yerinin qapağının sonunda bitməlidir.

Taksilərin qapılarında fəaliyyət göstərdiyi şəhərin gerbi və ya adı, şəhərlərarası taksilərdə isə qabaq qapılarında fərqləndirici nişan və «şəhərlərarası» sözü yazılmalıdır.

Digər maraqlı yenilik taksi avtomobillərinin daxili tərtibatı ilə bağlı olacaq. Belə ki, taksilərin daxilində sərnişin üçün ön oturacağın cihaz panelində daşıyıcının adı və telefon nömrəsi, sürücü haqqında məlumatlar əks olunmalıdır. Ən maraqlı yenilik taksilərin GPS sistemi ilə təmin olunması ilə bağlıdır – standarta görə, taksi avtomobillərində taksometr, GPS-GSM monitorinq mərkəzinin GPS aparatı quraşdırılmalıdır.

Yeni standartda avtobusların xarici tərtibatı ilə bağlı tələblər indi şəhər daxilində görməyə adət etdiyimizdən çox fərqlənmir - şəhər və şəhərətrafı daşımalardakı avtobusların banının sağ yan paneli üzərində (qapılar tərəfdə) trafaretin köməyi ilə «giriş» və ya «çıxış» yazılmalıdır ki, sərnişinlər hansı qapıdan girib, hansından düşmək lazım olduğunu bilsinlər. Avtobusun üzərindəki elektron tabloda marşrutun nömrəsi, başlanğıc, son və əsas aralıq dayanacaqlarının adları göstərilməlidir.

Avtobuslaran daxilində isə sərnişinlər üçün əyani məlumatlar - nəqliyyat vasitəsinin nömrəsi, daşıyıcının adı və telefonu, uşaq və əlillər üçün oturacaqlar, şəhərin marşrut şəbəkəsinin sxemi və gediş haqqının ödənilməsi haqda informasiya olmalıdır.

Standartın avtobus dayanacaqları üzrə tələblərinə əsasən, əvvəla bütün dayanacaqlarda dayanacaq göstəricisi olmalıdır. Həmçinin, 15 dəqiqəyədək intervalla hərəkət edən hər avtobus marşrutları üçün dayanacağın adı, marşrutun son dayanacağının adı, hərəkətin başlama və bitmə müddəti, hərəkətin dəqiqələrlə maksimum intervalı (bu məlumatların hamısı lövhələrdə yazılmalıdır) olmalıdır.

Taksi dayanacaqları üçün əsas tələb – dayanacaq elə ölçüdə olmalıdır ki, orada eyni vaxtda 3 taksi avtomobili dayana bilsin.

Standartın sərnişin stansiya qurğuları - avtovağzal, avtostansiya və s. üçün tələblərinə əsasən, burada vizual şəkildə avtobusun yola düşmə və gəlmə cədvəli, gediş haqqı, növğədənkənar bilet alan kateqoriyalar göstərilməlidir.

Komitədən verilən məlumata görə, bu standartın tələbləri lisenziya əsasında sərnişin və yük daşıyan hüquqi və fiziki şəxslər üçün (nəzərə alsaq ki, qanuna əsasən, adı çəkilən fəaliyyətlə yalnız lisenziya əsasında məşğul olmaq mümkündür) məcburidir.

Və nahayət, sərnişin daşımaları ilə məşğul olan şəxslərin bu standartda tələb olunan işləri görmək üçün cəmi 13 gün vaxtı var. Yeni standartlar dekabrın 20-dən tətbiq olunacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər