Bu barədə hökumətdəki mənbələrdən məlumat verilib. “Benzinin qiymətinin artırılması məsələsinə ən tezi gələn ilin əvvllərində baxıla bilər” – deyə Nazirlər Kabinetindən bildirilib. Xatırladaq ki, Azərbaycanın Respublikasının Tarif Şurası sonuncu dəfə benzinin qiymətini 2007-ci ilin yanvar ayında artırıb. Hazırda ölkədə 93 markalı benzinin 1 litrinin qiyməti 55 qəpikdir. 95 markalı benzin 60 qəpiyə, 98 markalı benzin isə 1 manat 10 qəpiyə satılır. Dizel yanacağının 1 litri isə sürücülərə 45 qəpiyə başa gəlir.