Azərbaycanda bu ilin ilk sınaq imtahanı yanvarın 23-də keçiriləcək

GƏNCLİK
19:06 05.01.2011
4291

Yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər.

Bunun üçün abituriyentlər qiyməti 3 manat olan TQDK-nın "ödəmə kartı"nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən, TQDK-nın "Abituriyent" satış köşkündən, eləcə də Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən əldə etmək olar.

Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilərlər.

OXŞAR XƏBƏRLƏR