Azərbaycanda doğuş vaxtı 4 ana öldü - Şok

Azərbaycanda doğuş vaxtı 4 ana öldü - Şok
Bütün Xəbərlər
20:01 31.05.2011
3202

Bu barədə “Qafqazinfo”ya Sabirabad sakinləri məlumat veriblər. Bildiriblər ki, xəstəxanada övlad dünyaya gətirərkən dörd ana dünyasını dəyişib. Ölüm hallarının hansı səbəblərdən baş verdiyi isə hələlik məlum deyil. Baş həkim Əlifağa Nadirov da məsələ ilə bağlı heç bir açıqlama vermir. 

Məsələnin ciddiliyi o həddə çatıb ki, hətta Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılaraq rayona göndərilib. 

Faktla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb, rəsmi mövqe öyrənmək istəsək də, günün sonuna kimi hər hansı informasiya ala bilmədik.

 

OXŞAR XƏBƏRLƏR