Azərbaycanda erkən yaşda ailə qurmuş qadınların 61% kənddə yaşayır

Azərbaycanda erkən yaşda ailə qurmuş qadınların 61% kənddə yaşayır
MARAQLI
09:16 05.04.2011
2173
Komitədən verilən məlumata görə, müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19 711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37%-i 18 yaşa çatmamış, 29%-i 18-19 yaşlarında, 25%-i 20-24 yaşlarında, 6%-i 25-29 yaşlarında, 3%-i isə 30 yaşdan yuxarı nikaha daxil olub. Erkən yaşda ərə gedən qadınların təxminən 1/3-i 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olub.

Erkən yaşda ailə qurmuş qadınların 39%-i şəhər, 61%-i kənd sakinləridir, 18 yaşınadək ərə gedən qadınların 37%-i öz istəyi ilə, 26%-i valideynlərinin təzyiqi altında, 11%-i ailənin maddi vəziyyətinin çətin olduğundan, 8%-i ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6%-i qaçırıldığına, 2%-i hamilə olduğuna görə, qalan 10%-i isə digər səbəblərdən erkən nikaha daxil olub.

«Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib», - deyə Komitədən bildirilib.

Erkən yaşda ərə gedən qadınların atalarının 22%-i, analarının 13%-i ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12%-i və 19%-i ümumi orta təhsilə malik olub.

Evlənən zaman belə qadınların ərlərinin 3%-nin yaşı 18-19, 69%-nin 20-24, 26%-nin 25-29 və 2%-nin yaşı 30-dan yuxarı olub. Eyni zamanda onların 22%-nin ali və orta ixtisas, 68%-nin ilk peşə ixtisas və tam orta, 10%-nin ümumi orta təhsili olub.

Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki, onların 41%-nin müvafiq sənədləri qaydasında olmadığından, 1/3-i vaxtilə yaşı nikah yaşına çatmadığından, 26%-nin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıb.

Müayinənin nəticələrinə əsasən sorğu olan qadınların 90%-nin uşaqları olub və onların 97%-i stasionar, 3%-i isə ev şəraitində dünyaya gəlib. Ev şəraitində doğan qadınların 54%-i bunun səbəbini maddi çətinlik, 28%-i isə doğum evinin uzaqda yerləşməsi ilə izah edib.

Müayinə onu da göstərib ki, qadınların 89%-i qızların qaçırılma hallarının öz razılığı ilə baş verdiyini, 11%-i isə zorakılıq yolu ilə həyata keçirildiyini hesab edir. Sorğu olunanların 46%-i qaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39%-i qızın ailəsində maddi çətinliklərdə, 15%-i qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görür. Respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında, 41%-i - 18-19 yaşında, 6%-i - 18 yaşa qədər getməlidir. Qadınların 67%-i hesab edir ki, ailədə nikah haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli, 30%-nin fikrincə isə qızların ərə getmə məsələsini valideynlər həll etməlidir.

Qadınların 68%-nin, o cümlədən 18 yaşa qədər olanların 56%-nin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri olub.

Zorla erkən nikah bağlanması problemi ilə üzləşəndə qadınların hara müraciət etməsi barədə sualına cavabında onların 2/3 hissəsi hüquq-mühafizə orqanlarını, 18%-i qohumlarını, 14%-i bələdiyyə və icra hakimiyyətlərini göstərib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü