Azərbaycanda iki müəllimin diplomunun saxta olduğu müəyyən olunub

GƏNCLİK
18:28 17.03.2011
2080

Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilib, müvafiq araşdırmalar aparılıb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb.

 Fevral ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə uyğun olaraq Ağcabədi rayonu Qiyamadınlı kənd tam orta məktəbinin müəllimi N. Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A. Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Həmin müəllimlər tutduqları vəzifədən azad ediliblər. Eləcə də Bakı şəhərindəki 37 nömrəli məktəbin direktor müavini N. Əliyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin məktəbin direktoru İ. Əliyevə xəbərdarlıq, 153 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ş.Musayevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

OXŞAR XƏBƏRLƏR