Azərbaycanda kişi gənc sevgilisini meşədə boğdu

Azərbaycanda kişi gənc sevgilisini meşədə boğdu
Bütün Xəbərlər
06:43 08.07.2011
1612

Bu barədə  Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə iyulun 7-də İmişli rayonu, Cahar kəndi yaxınlığındakı meşə massivində qeydəalınıb. Rayonun Bəhramtəpə qəsəbə sakini, 1986-cı il təvəllüdlü Elnarə Nəsirovanın üzərində zorakılıqəlamətləri olan meyiti aşkar edilib. Həyata keçirilən araşdırmalar zamanı məlum olub ki, mərhum, qeyri-rəsmi nikahda yaşadığı 1982-ci il təvəllüdlü Mənsur Əhmədov tərəfindən boğularaq qətləyetirilib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Baş vermiş hadisə ilə bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hazırda qətli törədən Mənsur Əhmədovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

//APA

OXŞAR XƏBƏRLƏR