Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən Ağdaş şəhər 8 saylı orta məktəbin 1996-cı il təvəllüdlü 9-cu sinif şagirdi Bəylərov Şirxan Rəhim oğlu, 1995-ci il təvəllüdlü 10-cu sinif şagirdi Səmədzadə Ceyhun Etibar oğlu, 11-ci sinif şagirdləri - 1994-cü il təvəllüdlü Bəylərov İlqar İlham oğlu və 1994-cü il təvəllüdlü Əliyev Cahandar Məhəmməd oğlu, məktəbin məzunları - 1993-cü il təvəllüdlü Mirzəliyev Adil Tahir oğlu və 1993-cü il təvəllüdlü Əzməmmədov Məhəmməd Vəzir oğlu fevralın 22-də tutularaq istintaqa cəlb edilib. Onların 6 evdən oğurluq etdiyi bildirilir. Dərslərdən yayınan yeniyetmələr oğurladıqları əşyaları rayonda dəmir, alüminium və misin qanunsuz alqı-satqısı ilə məşğul olan iki qardaşa - 1984-cü il təvəllüdlü Kərimov Seymur və 1985-ci il təvəllüdlü Kərimov Yusifə satdıqlarını etiraf ediblər.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddəsi ilə (saxlanc yerinə girmə və oğurluq) cinayət işi açılıb, araşdırma aparılır. Onların 3 ildən 7 ilədək həbsi gözlənilir.