Azərbaycanda siqaret çəkən sürücülər cəzalandırıla bilər
MARAQLI
15:19 26.01.2011
1980
Respublika Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, sükan arxasında siqaret çəkmək hərəkətin təhlükəsizliyi üçün problemlər yaradır. Şöbə rəisinin sözlərinə görə, bu gün mövcud olan qanunvericilikdə sükan arxasında siqaret çəkmək qadağan olunmadığından, yol polisi əməkdaşları sürücülərdən bunu tələb edə bilmirlər: “Qanunvericiliyə müvafiq dəyişiklik edilərsə və sükan arxasında siqaret çəkmək inzibati xəta kimi qəbul olunarsa, bu pozuntunun qarşısının alınması üçün tərəfimizdən müvafiq tədbirlər görülə bilər. Gələcəkdə bu hal inzibati pozuntu kimi qanunvericiliyə daxil edilə bilər”.