Azərbaycanda taksometri olmayan avtomobillərdən taksi kimi istifadə etmək qadağan olunacaq

Bütün Xəbərlər
15:02 18.02.2011
1695
Azərbaycanda taksometr olmayan avtomobillərdən taksi kimi istifadə etmək qadağan olunacaq. Trend

Əlavədə qeyd olunur ki, “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşınmalarının həyata keçirilməsi inzibati pozuntudur.

Bu pozuntuya yol verən sürücülər 40 manatdan 50 manatadək məbləğdə cərimələnəcəklər.

Digər bir əlavə isə avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmaması ilə əlaqədardır. 150-2.1.1-ci maddənin tələbinə görə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmadıqda cavabdeh şəxslər 40 manatdan 50 manatadək məbləğdə cərimələnəcəklər.

İnzibati Xətalar Məcəlləsinin sərnişindaşıma qaydalarının pozulması ilə bağlı maddələrinin icrasına Nəqliyyat Nazirliyi nəzarət edir.

Qeyd olunan qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

 

OXŞAR XƏBƏRLƏR