Azərbaycanda yataqxanada baş verən və yanğınla müşayiət olunan partlayışda 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Bütün Xəbərlər
17:20 04.02.2011
1718

Məlumata görə, dünyasını dəyişən, yataqxanada məskunlaşan məcburi köçkün Rəhman Cəfərovdur. Hadisə zamanı daha 7 nəfərin xəsarət aldığı bildirilir. 

Qeyd edək ki, məlum hadisə bu gün axşam saatlarında, Yasamal rayonu, Şərifzadə küçəsində 1 ünvanında yerləşən, İnşaat Universitetinə məxsus yataqxanada qeydə alınıb. Hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb edilib. Yataqxanada olan şəxslər evikuasiya edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb. 

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Rauf Nağıyev  açıqlamasında bildirib ki, hadisə yerindən müxtəlif xəsarətlərlə bir neçə nəfər xəstəxanalara aparılıb.

Yanğının baş verməsinə isə qaz sızmasından meydana gələn ani partlayış səbəb olub.

 

OXŞAR XƏBƏRLƏR