“Migros” şirkətinin veridiyi məlumata görə, Azərbaycanda üç mağaza ilə fəaliyyət göstərən “Ramstore MMC” şirkətindəki səhmlərinin hamısını Dubayda olan "Intersun Holdinq FZCO" şirkətinə satıb. Satışla bağlı müqavilə artıq imzalanıb. Səhmlərin 14 milyon 250 min dollar satıldığı, bunun 250 min dollarının nağd, qalanın isə hissələrlə ödənəcəyi bildirilib.
“Ramstore”-nin Azərbaycandakı fəaliyyəti haqqında danışan “Migros” səlahiyyətlisi Özgür Tort “Migros”-un öz işini dinamik və məhsuldar şəkildə, sürətlə böyütmək istədiyini deyib: “Migros bazarda mövqeyini gücləndirmək istiqamətində çalışır. Həm Türkiyə, həm Qazaxıstan kimi böyük və məhsuldar bazarlarda fəaliyyət göstəririk. Bu fəaliyyəti və genişləndirmə potensialını qiymətləndirərək Azərbaycan bazarından çıxmağa qərar verdik”.