Qol.Az-ın məlumatına görə, yeniyetmə futbolçu dünyanın ən güclü klublarından olan "Barselona"nın nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində iştirak edir.
Muradbəyli məşqlərlə yanaşı, bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayıb.
Qeyd edək ki, "Neftçi"nin U-15 komandasından əvəzedici heyətinə cəlb olunan istedadlı futbolçu avqustun 12-dək davam edəcək məşqlərə qatılan yeganə azərbaycanlıdır.