""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov

""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
İDMAN
00:16 19.04.2026
830
Rəqibi qələbə münasibətilə təbrik edirəm. Meydanda gözəl atmosfer var idi.

AZXEBER.COM xəbər verir, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

"Daha yaxşı oynaya bilərdik. "Sabah" layiqli qələbə qazandı. Müəyyən çatışmazlıqlar var. Çempionlar Liqasından sonra yerli liqaya tam köklənə bilmədik. Düşünürəm ki, komanda olaraq bir yerdə məşq etməyimizə daha çox zaman lazım idi. Ardıcıl oyunlar keçirmək bizə təsir etdi. "Sabah" isə texniki və fiziki olaraq bu mövsüm daha hazırlıqlıdır", - deyə baş məşqçi bildirib.
OXŞAR XƏBƏRLƏR