Azərbaycanlı müğənni Madonna və Ledi Qaqanı yıxıb-sürüdü
ŞOU-BİZNES
11:23 14.08.2011
1835
ATV kanalının "ATV Maqazin" verilişinə müsahibə verən əməkdar artist Tünzalə Ağayeva yerli sənətçiləri deyil, əcnəbiləri tənqid etdi. Ən çox tənqid etdiyi müğənnilər isə Madonna və Ledi Qaqa oldu: "Ledi Qaqa insanları hipnoz edir. Bunlar təhlükəli şeylərdir. Mənim müəllimlərimdən biri Madonnanın konsertindən danışırdı. Konsertdən sonra nə qədər aqressiv kütlə gördüyünü və onların konsertdən çıxandan sonra oranı dağıtmaq istədiklərini, bir-birlərinə lağ etmək istədiklərini söyləyirdi", - deyə müğənni bildirib.
Əməkdar artist bildirdi ki, onların mahnıları nə qədər sevilsə də, hit olsa da, mətnləri bərbad vəziyyətdədir.
"Siz onların mətnlərinə baxın. İnsan çərçivəsindən çıxmağı onlar azadlıq kimi təqdim edirlər. Madonna və Ledi Qaqa çox zəhmətkeş ifaçılardır, amma onların zəhməti nəyə görədir?" - deyə müğənni bildirib. Müğənni Madonnanı və Ledi Qaqanı bəyənməsə də pop kralı Maykl Ceksonun bu gün də anıldığını və illər keçsə də seviləcəyini söylədi.
Əməkdar artist 2 albomunu birdən çıxarmaq qərarına gəlib. Albomun Almaniyada işıq üzü görəcəyini söyləyən müğənni "Anam Azərbaycan" adlı vətənpərvər mahnılardan ibarət olan albomundan sonra elə bu layihə altında turnelərə çıxacağını və konsertlər verəcəyini də söylədi.