Azərbaycanlı müğənninin səhhətində ciddi problem yaranıb

Azərbaycanlı müğənninin səhhətində ciddi problem yaranıb
ŞOU-BİZNES
20:01 31.05.2011
1492

Azərbaycan ifaçısı Günel Ələkbərovanın (Pişik Günel) səhhətində ciddi problem meydana çıxıb.

AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bu, ifaçının Afrikada iştirak etdiyi realiti-şounun gedişində baş verib. Nambiyada bir neçə həmkarı ilə birlikdə yaşamaq uğrunda mübarizə aparan Günel durumunu belə açıqlayıb:

"Afrikaya səfər mənə bir tərəfdən müsbət təsir göstərib - xeyli arıqlamışam və qaralmışam. Amma digər yandan səhhətimlə bağlı ciddi problem yaranıb. Xüsusilə böyrəklərim narahatlıq yaradır. Yəqin ki, qaldığımız çadırda soyuqlamışam. Üstəlik, Afrika yeməklərini mədəm qəbul etmir. Bu səbəbdən çox az yeyirdim. Şirin salatlar, qeyri-müəyyən ət… Bizi inandırmağa çalışırdılar ki, bu, ceyran ətidir. Amma məni öldürsələr də, onu yeyə bilməzdim".

 

OXŞAR XƏBƏRLƏR