Azərbaycanlı tələbələr Böyük Britaniyada "Sarı Gəlin" oxudu

GƏNCLİK
16:01 12.03.2011
2057

Festival iki hissədən ibarət olmuşdur. Birinci hissədə, həmyerlilərimiz Azərbaycan mətbəxindən bəzi yemək növlərini nümayiş etdirmiş və Universitetdə təhsil alan əcnəbi tələbələr bu yeməklərdən dadmaq imkanına sahib olmuşlar. İkinci hissədə isə tarixi mahnımız olan “Sarı Gəlin” mahnısını ifa etmişlər.Qeyd etmək lazımdır ki, əcnəbi tələbələr Azərbaycan mətbəxini çox bəyənmişdir və heç də təsadüfi deyil ki, daha çox maraq Azərbaycan mətbəxinə göstərilmişdir.

İkinci hissədə çıxışdan öncə, Azərbaycan cəmiyyətinin sədri Elçin Ağai Azərbaycan haqda geniş məlumat vermişdir. Daha sonra, tamaşaçılara Azərbaycan mədəniyyətindən bəhs edən video çarx nümayiş etdirilmişdir. İfaçılar səhnəyə çıxmazdan öncə, Orxan Hacızadə “Sarı Gəlin” musiqisinin yaranma tarixi haqda izləyiciləri məlumatlandırmışdır. İfa tamaşaçılar tərəfindən böyük alqışla qarşılanmışdır. Musiqini ifa etdilər: Orxan Yusubov, Elçin Ağai, Əsəd Hüseynov, Orxan Seyidov, Seymur Məmmədzadə.

Qeyd edək ki, “Şərqi İngiltərə Universiteti - Azərbaycan Cəmiyyəti” 2010-cu ilin mart ayında universitetdə təhsil alan azərbaycanlı tələbələrdən Elçin Ağai və Əsəd Hüseynovun təşəbbüsü ilə fəaliyyətə başlamışdır.

OXŞAR XƏBƏRLƏR