Hadisə Babək prospektində baş verib.
Teleaparıcı L.Əlimuxtarovanın idarə etdiyi maşının qarşısına qəfil it çıxıb. Bu zaman iti vurmaq istəməyən teleaparıcı təşviş keçirib və maşını yolun kənarındakı maneəyə vurub.
Qəza nəticəsində L.Əlimuxtarova xəsarət alıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.
Teleaparıcının vəziyyətinin yaxşılaşdığı bildirilir./// Lent.az