Azəri qızı Günel “Kurtlar Vadisi”nin nəyini seçdi?

ŞOU-BİZNES
11:05 07.01.2011
2074

 

Ekran işi hazırda montaj olunur. Bu barədə Trend Life-a mügənni İstanbuldan məlumat verib: “Tanınmış türk bəstəkarı Kerem Oktendirin aranjiman etdiyi bu mahnı Azərbaycandakı dinləyicilərimlə yanaşı, türk pərəstişkarlarımın da zövqünü oxşayır. Məhz bu səbəbdəndir ki, “Yeni səhifə” adlı mahnımın davam olan “Sevgi istəyirəm”ə klip çəkdirməyi qarşıma məqsəd qoydum. Tanınmış türk rejissoru Altan Dönmezə müraciət etdim. Altan bəylə ilk işimiz “Yeni səhifə”yə çəkilmiş klip olmuşdu. Çəkiliş prosesini çox ağır şərtlər altında gerçəkləşdirdik. Məlum olduğu kimi, İstanbulda hava çox soyuqdur. Təsəvvür edin, soyuq küləyin olmasına baxmayaraq, bəzi kadrlarda ayaqyalın çəkildim. Klip üçün məxsusi olaraq tanınmış modelyer Gülsah Saracoğlu qırmızı və yaşıl rəngləri özündə əks etdirən iki libas tikdi. Klip əsnasında maraqlı fotosessiya da etdirdim. Yenə də türk fotoqraf Uğur Özkulun foto-kamerası qarşısına keçdim. Çəkilişlər məşhur “Kurtlar Vadisi” serialının müxtəlif kadrlarının lentə alındığı İstanbulun Beykoz səmtində baş tutdu. Kadrlarda Boğaz körpüsü də çox yaxşı görünür. Klipdə tərəf müqabilim olmasını istəmədim”.

Müğənni "Sevgi istəyirəm" mahnısının klipinin yaxın günlərdə eksklüziv olaraq Türkiyənin “Kral TV” kanalında nümayiş olunacağını bildirib.

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR