"Azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyil"

Bütün Xəbərlər
18:56 29.12.2010
1970

Bəlli olduğu kimi bu gün “Gülüstan” sarayında Azərbaycan prezidenti İlham Əliyevə RUH Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) təsis etdiyi “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi keçirilib. Mərasimə prezident İlham Əliyevlə yanaşı, xanımı Mehriban Əliyeva, həmçinin dövlət və hökumət nümayəndələri, ictimaiyyət təmsilçiləri qatılıb.

Tədbirdə çıxış edən prezident İlham Əliyev bildirib ki, Azərbaycanda mətbuat azadlığı, söz azadlığı var: “Azad mətbuatın Azərbaycanda tarixi bəlkə də, o qədər böyük deyil. Azərbaycanda azad mətbuat Sovet İttifaqının son illərinə təsadüf edir. İlk müstəqil qəzetlər o vaxt yaranmışdır. Əlbəttə ki, müstəqillik əldə ediləndən sonra azad mətbuatın formalaşması daha da sürətlə gedib. Ancaq hesab edirəm ki, bu gün burada qeyd olunduğu kimi bu sahədə əsaslı dönüş 1998-ci ildə baş vermişdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda senzuranın ləğvi sözün əsl mənasında azad, müstəqil mətbuatın yaranması üçün həlliedici rol oynamışdır. Biz sözün əsl mənasında azad, demokratik, hüquqi dövlət qururuq. Azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyil. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meylləri gücləndirilməlidir. Azərbaycan dövləti, Azərbaycan iqtidarı bu sahədə əlbəttə ki, öz işini elə qurmalıdır ki, bu azadlıqlar tam şəkildə Azərbaycanda bərqərar olunsun”. 

Jurnalistlərin dostu olmağın böyük şərəf olduğunu qeyd edən İlham Əliyev bu mükafatı gözləmədiyini deyib. “Sadəcə olaraq çalışırdım ki, fəaliyyətimlə ölkəmizin inkişafı üçün bu vacib olan sahəyə dəstəyimi verim. Bilirəm ki, jurnalistlərin məişət, mənzil problemləri var. Jurnalistlər biznesmen deyillər ki, özləri üçün bu şəraiti yarada bilsinlər. Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu çox çətin işdir”,- deyə İlham Əliyev bildirib. 

Dövlət başçısı İlham Əliyev Azərbaycanın artıq informasiya müharibəsində qalib gəldiyini vurğulayıb. Prezident söyləyib ki, Azərbaycanın müstəqil ölkə kimi yaşamasının ilk illərindən ölkəmiz informasiya müharibəsi şəraitində yaşayır: "Ermənistan və erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini ötən əsrin 80-ci illərin sonlarından başlayıb və müstəqilliyin ilk illərində deyə bilərəm ki, biz bu mübarizədə uduzmuşuq. Bu təbii idi, çünki bizim belə xarici mənbələrimiz yox idi. Ölkə daxilində gedən xoşagəlməz proseslər, hakimiyyət uğrunda gedən mübarizə, vətəndaş müharibəsi, iqtisad tənəzzül və digər problemlər əlbəttə ki, imkan vermirdi ki, beynəlxalq aləmdə biz istədiyimizə nail olaq. Amma bu gün mən tam əminliklə deyə bilərəm ki, Ermənistanla, xüsusi ilə erməni lobbisi ilə informasiya müharibəsində biz qalib gəlirik. Onların son vaxtlar müşahidə olunan əsəbi və isterik hərəkətləri bunu göstərir ki, biz informasiya müharibəsində böyük uğurlara nail ola bilmişik. Bu sahədə dövlət siyasəti ilə yanaşı media qurumlarının fəaliyyətini mən yüksək qiymətləndirmək istəyirəm”.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"