Nazir bildirib ki, təkliflər sırasında Azərbaycan Gənclər Mərkəzinin və Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər mütərəqqi hesab oluna bilər: “İnanırıq ki, qeyd etdiyim qurumların yaradılması ilə bağlı təkliflər proqrama salınacaq. Məsələn, Gənclər Fondunun əsas məqsədi bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin layihələrinin maliyyələşdirilməsidir”.
Proqramda gənclərin sosial problemlərinin həllinə də yer ayrıldığını deyən A. Rəhimov bildirib ki, bu proqramın konkret istiqamətlər üzrə formalaşdırılması nəzərdə tutulur: “Gənclərin mənzillə təmin olunmasına gəldikdə, deyə bilərəm ki, ölkədə sosial ipoteka fəaliyyətdədir. Əlbəttə, bu sosial ipotekanın daha geniş və güzəştli olmasını istəyirik”.