AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, gənclər və idman naziriAzad RəhimovGəncədə ADAU-nun əsas binasında qərb bölgəsinin sakinləri ilə görüşüb. Qəbulda Gəncə ilə yanaşı, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz və Naftalandan 50-dən çox vətəndaş iştirak edib. Görüş zamanı səsləndirilən müraciətlər əsasən mövcud idman zallarının təmiri və yenidən qurulması, idman avadanlıqlarının çatışmazlığı, gənclər evlərinin, gənclər təşkilatlarının yaradılması, ipoteka və maddi yardım məsələləri ilə bağlı olub.