Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda
vətəndaşları qəbul edib.
AZXEBER.COM xəbər verir ki, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə,
Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonundan 30-a yaxın
sakin iştirak edib.
Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar gənclər, idman
sahələri, iş ilə təminat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasına qəbul, ipoteka kreditlərinin verilməsi və s ilə bağlı olub.
İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların, məşqçi
dərəcələrinin verilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakına
yardım göstərilməsi, idman mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin
idman avadanlıqları ilə təmin edilməsi, rayonlarda Uşaq Gənclər İdman
Mərkəzlərinin yaradılması, təmirə ehtiyac duyan idman mərkəzlərinin təmir
edilməsi, hərbi vətənpərvərlik mövzusunda idman yarışlarının keçirilməsi
və s ilə bağlı olub.
QHT yaratmaq üçün nazirlik tərəfindən dəstək verilməsi, Gənclər
Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, gənclərin beynəlxalq
səviyyəli tədbirlərə göndərilməsi, yerlərdə respublika səviyyəli
tədbirlərin təşkili, müxtəlif düşərgələrin yaradılması, regionlarda
fəaliyyət göstərən gənclər evləri arasında əməkdaşlığın qurulması və s
müraciətlər gənclər sahəsini ehatə edən müraciətlər olub.