Azad Rəhimov Londonda görüşlər keçirir

GƏNCLİK
00:14 27.03.2012
1511
Gənclər və idman naziri Azad Rəhimovun Böyük Britaniyaya rəsmi səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, səfərdə əsas məqsəd Londonda 2012-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, müzakirələr aparmaqdır.Azad Rəhimov Böyük Britaniyanın idman və olimpiya naziri Huq Robertson, eyni zamanda Britaniya Olimpiya Assosiasiyasının baş katibi Colin Moynihanla görüşüb.“Londona səfərimin əsas məqsadi yayda bu şəhərdə keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına məsul şəxslərlə görüşlər keçirib, görülən işlərlə daha yaxından tanış olmaqdır. Olimpiya oyunlarına ev sahibliyi etmiş ölkələrin təcrübəsi ilə daha yaxdından tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi hər bir ölkənin həyatının ən böyük təcrübəsi hesab edilə bilər. 2020-ci ildə Olmipiya oyunlarına ciddi şəkildə ev sahibliyi etmək istiqamətində namizəd şəhər olduğumuz və bu mübarizədə çox ciddi rəqiblərimiz olduğunu nəzərə alsaq hər bir detalın diqqətlə öytənilməsi mühüm əhəmiyyət kəsb edir”, - deyə A.Rəhimov bildirib.Gələn həftə Bakı 2020 Təşkilat heyəti Bakı və Lozanna arasında yaradılacaq xüsusi video konfrans vasitəsi ilə Beynəlxalq Olmipiya Komitəsinin mütəxəssislərinə Oyunların planını təqdim edəcək.

OXŞAR XƏBƏRLƏR