Bu gün gənclər və idman naziri Azad Rəhimov İngiltərəli lordlar Lord Muhamed Şeyx, Lord Patel (Lord Patel of Bradford), Lord Risby və Lord Dykeslə görüş keçirib. AİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, görüşdə Dövlət Neft Şirkətinin vitse prezidenti Rəfiqə Hüseynzadə və Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər. Görüş zamanı Azərbaycanda gənclər və idman sahələrində görülən işlər, əldə olunan uğurlar və London Yay Olimpiya oyunlarına hazırlıq barədə danışıldı. Bununla yanaşı, hər iki ölkənin gənclər təşkilatlarının daha sıx qarşılıqlı əməkdaşlığı, İngiltərədə təhsil alan Azərbaycanlı tələbələr üçün İngiltərə parlamentində bir sıra görüşlərin keçirilməsi, onların bir araya gəlmələri, İngiltərədə Azərbaycanın gününün keçirilməsi kimi təkliflər irəli sürüldü.