2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Gənclər və İdman naziri Azad Rəhimovun 6 sentyabr 2012-ci il tarixindən etibarənTürkiyəyərəsmi səfəri başlayır.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE)prezidenti K.İlyumjinovunAzərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinmişdir.
Məhz,7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasındahəmin tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxışnəzərdə tutulub.
Səfər 9 sentyabr tarixinədək davam edəcək.