Azad Rəhimov: "Xaricdə təhsil alan azərbaycanlı gənclərin məlumat bazası yaradılmalıdır"

GƏNCLİK
01:14 15.12.2011
2353
“Xaricdə təhsil alan azərbaycanlı gənclərin məlumat bazası yaradılmalıdır. Bunu Gənclər və idman naziri Azad Rəhimov Təhsil Nazirliyində keçirilən kollegiya iclasında çıxışı zamanı deyibO bildirib ki, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üçün həmin məzunlar işlə təmin edilməlidir. Nazir bu baxımdan məzunların məlumat bazasının yaradılmasını vacib sayıb. Rəhimov həmçinin bildirib ki, qeyd edilən sənədin müzakirəsində xaricdə təhsil alan bütün tələbələlərin aktiv iştirak etdiyini deyib.Rəhimovun sözlərinə görə, 2006-cı ildən başlayaraq bır sıra şəhərlərdə azərbaycanlı gənclərin forumu keçirilir.“Bu forumlarda gənclərimiz formalaşır və bir-birləri ilə tanış olur. Bu lobbiçilik işində gənclər üçün çox əhəmiyyəlidir. Lobbiçilik də bizim üçün vacibdir”- deyə nazir qeyd edib. Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov isə çıxışında qeyd edib ki, "2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində məzunların 47 faizi bu gün dövlət sektorunda çalışır. "Onlar Prezident Administrasiyası, Nazirlər Kabineti və digər dövlət qurumlarında çalışırlar", - o deyib.

OXŞAR XƏBƏRLƏR